Dörd ölkə “Avroviziya-2023”də iştirakdan imtina etdi

Dörd ölkə “Avroviziya-2023”də iştirakdan imtina etdi
calendar 17 oktyabr 2022
clock 10:40

Dörd ölkə “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsində iştirakdan imtina edib.

Kulis.az xəbər verir ki, bu barədə “Eurovisionwolrd.com” məlumat yayıb.

Monteneqro, Bosniya və Herseqovina, Şimali Makedoniya və Bolqarıstan Liverpulda təşkil olunacaq müsabiqədə iştirak etməyəcəklər.

Monteneqronun yerli yayım şirkəti RTCG bu qərarı ölkənin iştirak etmək üçün kifayət qədər büdcəsinin olmaması ilə əlaqələndirib.

Şimali Makedoniyanın MRT telekanalı ölkədə iqtisadi və enerji böhranlarının yaratdığı yüksək xərclərə görə müsabiqədə iştirak etməyəcəklərini açıqlayıb.

2017-ci ildən müsabiqəyə qatılmayan Bosniya və Herseqovina “Avroviziya-2023”də də iştirak etməyəcək.

Bolqarıstan isə müsabiqənin onlar üçün maraqlı olmadığını açıqlayıb.

view 1989 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news