Dörd yayım operatorunun lisenziyası ləğv olundu

Dörd yayım operatorunun lisenziyası ləğv olundu
calendar 27 oktyabr 2023
clock 15:20

Oktybarın 27-də Audiovizual Şuranın növbəti iclası keçirilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, iclasda xarici televiziya kanallarının retranslyasiya xidmətini həyata keçirmiş bir sıra yayım operatorlarının fəaliyyət göstərməmələri ilə bağlı lisenziyalarının ləğv edilməsi məqsədilə Şuraya müraciətləri müzakirə olunub.

İclasda Şura aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin qeyd olunan məsələ ilə bağlı və həmin operatorların monitorinqlərinə dair məruzəsi dinlənilib. Müzakirələrdən sonra lisenziya sahiblərinin müraciətləri nəzərə alınaraq "Albax TV" MMC, "Real Telecom" MMC və "Şam" MMC-nin müvafiq lisenziyalarının ləğv olunması barədə qərarlar verilib. Həmçinin, yayım fəaliyyətinin 6 aydan çox müddətdə həyata keçirilməməsi səbəbindən "RA Technologies" MMC-nin də lisenziyası ləğv olunub.

view 726 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news