Dostoyevskiyə həsr olunmuş mühazirə keçirildi

Dostoyevski, rus yazıçı

Dostoyevski, rus yazıçı

calendar 23 noyabr 2021
clock 13:30

Bakı Kitab Mərkəzində dahi rus yazıçısı Fyodor Dostoyevskiyə həsr olunmuş mühazirə-diskussiya keçirilib.

Kulis.az xəbər verir ki, filoloq, publisist və tədqiqatçı Leyla Sultanzadənin aparıcılığı ilə keçən tədbirdə yazıçının həyatında baş verən müxtəlif maraqlı hadisələrdən, müasirləri ilə münasibətlərindən və ölməz romanlarından danışılıb. F.Dostoyevski bütün ədəbi yaradıcılığı boyu mühüm fəlsəfi mövzulara, cəmiyyəti narahat edən bir çox mübahisəli məsələlərə toxunmuş, həyatı eybəcərlikləri ilə göstərməkdən çəkinməmişdir.

Qeyd edək ki, 2021-ci ildə yazıçının anadan olmasının 200 illiyi qeyd olunur.

view 1717 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news