Dünya Bankında Azərbaycan mətbəxi günləri keçirilib

Dünya Bankında Azərbaycan mətbəxi günləri keçirilib
calendar 24 may 2024
clock 09:05

ABŞ-ın Vaşinqton şəhərində yerləşən Dünya Bankında Azərbaycan mətbəxi günləri keçirilib.

Kulis.az xəbər verir ki, tədbir çərçivəsində Dünya Bankının işçilərinə naharda Azərbaycan mətbəxinə məxsus təamlar təqdim olunub. Yeməklər azərbaycanlı aşpazlar tərəfindən hazırlanıb. Həmçinin girişdə mədəniyyət nümunələrimiz və Azərbaycan haqqında jurnallar nümayiş edilib.

Dünya Bankının icraçı direktoru Dominique Favrenin sözlərinə görə, Dünya Bankında iclas otaqlarından birində Azərbaycan xalçası asılıb.

Qeyd edək ki, Dünya Bankının icraçı direktorunun müşaviri Namiq Nağdəliyevdir.

view 525 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news