Dünya şöhrətli modelyer vəfat etdi

Dünya şöhrətli modelyer vəfat etdi
calendar 1 may 2023
clock 12:45

Məşhur modelyer Vyaçeslav Zaitsev 85 yaşında vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Federasiyası Rəssamlar İttifaqının üzvü, Əməkdar İncəsənət Xadimi, Dövlət Mükafatı laureatı Zaitsev həm ölkədə, həm də xaricdə tanınırdı.

Bu ilin mart ayında 85 yaşını qeyd edən dizayner günorta saatlarında mədə qanaması ilə Şelkovo xəstəxanasına aparılıb və reanimasiyaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, məşhur stilist, dizayner və aparıcı Vyaçeslav Zaitsev 2 mart 1938-ci ildə anadan olub.

view 880 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news