Dünya şöhrətli musiqiçi Bakıda konsert verəcək

Dünya şöhrətli musiqiçi Bakıda konsert verəcək
calendar 10 iyul 2023
clock 13:30

Avqustun 25-də “Sea Breeze Event Hall” kurort kompleksinin “White Beach Club” səhnəsində əfsanəvi musiqiçi, bəstəkar, multi-platin prodüser və DJ Villi Villiam “White Fest” musiqi festivalı çərçivəsində heyrətamiz DJ proqramı ilə pərəstişkarları qarşısına çıxacaq.

Kulis.az xəbər verir ki, musiqili gecədə musiqiçinin ən parlaq rəqs hitləri və mahnıları təqdim olunacaq.

Villi Villiam DJ, prodüser olmaqla yanaşı, bir çox mahnıların müəllifi və ifaçısıdır. O, “Grammy” mükafatı daxil olmaqla xeyli sayda digər musiqi mükafatlarına layiq görülüb. Musiqiçi eyni zamanda J.Balvin, Beyons, Afrocak, Stiv Aoki, David Guetta kimi dünya şöhrətli sənətçilərlə işləyir.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

view 904 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news