“Durna balığı” tamaşası nümayiş ediləcək

“Durna balığı” tamaşası nümayiş ediləcək
calendar 1 sentyabr 2022
clock 18:21

A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sentyabrın 16-da rusdilli tamaşaçılar qarşısında maraqlı səhnə əsəri ilə çıxış edəcək.

Kulis.az xəbər verir ki, sənət ocağının kollektivi rus xalq nağılı əsasında hazırlanan “Durna balığı” tamaşası ilə teatrsevərlərin görüşünə gələcək. Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Əfşan Əsədovadır.

Müxtəlif kukla mexanizmləri və canlı aktyor oyununun sintezindən ərsəyə gələn tamaşada balaca teatrsevərlər əsl nağıllar aləminə düşəcəklər.

Rolları teatrın rus bölməsinin aktyorları Rauf Babayev, Lina Məmmədova və Araz Həsənli ifa edirlər.

view 1215 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news