Əclafsan - Elza Seyidcahandan yeni şeir

Elza Seyidcahan, bəstəkar, müğənni

Elza Seyidcahan, bəstəkar, müğənni

calendar 2 dekabr 2021
clock 18:05

Kulis.az Elza Seyidcahanın xüsusi ilə saytımız üçün göndərdiyi "Əclafsan" adlı yeni şeirini təqdim edir.

Salamımı al həyat,
Verim salam,
Mən çox maraqlıyam,
Yaşa məni, mən də səni.
Davamımı ver həyat.
Mən həyasızam, çığırsam
Saxla məni, mən də səni.
Peşimanam həyat, ağlasam
Mindir məni, sürüm səni,
Zamanımızı saxlasam,
Alqışla məni, mən də səni.
Əclafsan həyat, dözməsəm
Bağışla məni, mən də səni.
Sirrim ol həyat, gizlincə
Dinlə məni, mən də səni
Salamımı al həyat…
Verim salam,
Yaşa məni, mən də səni

view 14059 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news