Əfsanəvi modelyerin həyatı seriala çevrilir

Karl Lagerfeld

Karl Lagerfeld

calendar 14 mart 2023
clock 11:30

Moda dünyasının unudulmaz simalarından olan, 2019-cu ildə dünyasını dəyişən Karl Lagerfeldin həyatından serial çəkiləcək.

Kulis.az xəbər verir ki, Fransanın lüks moda brendləri "Chanel" və "Fendi"nin kreativ direktoru kimi tanınan Lagerfeldin dizayner kimi yüksəlişindən bəhs edən serialın çəkilişlərini Disney öhdəsinə götürüb.

6 seriyadan ibarət olacaq serial 1970-ci illərdə Paris moda dünyasında baş verənlərdən və dizaynerin 1972-ci ildə moda nəhəngi Yves Saint Laurentdə yüksəlişindən bəhs edəcək.

Qeyd edək ki, serialda Lagerfeld obrazını alman aktyoru Daniel Brühl canlandıracaq.

Efsane moda tasarımcısı Karl Lagerfeld'in hayatı dizi oluyor

Karl Lagerfeld Dizisi Kaiser Karl Hakkında Bildiklerimiz - Esquire

view 1226 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news