Əhliman Əmiraslanov: "AMEA-nın nüfuzuna xeyli zərər dəyib"

Əhliman Əmiraslanov

Əhliman Əmiraslanov

calendar 16 mart 2023
clock 14:00

"Çox təəssüf ki, son illər AMEA-nın cəmiyyətdə nüfuzuna xeyli zərər dəyib".

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov AMEA-nın Ümumi yığıncağında deyib.

O bildirib ki, bunun səbəbi elm sahəsində böyük uğurlar əldə etməyən insanların bu və ya digər strukturlara cəlb olunmasıdır:

"Ümid edirəm ki, görüləcək işlər AMEA-nın nüfuzunun qaytarılmasına öz müsbət təsirini göstərəcək. Həmçinin, bir iradım da elmi tədqiqat institutlarının tabeçiliyinin dəyişdirilməsidir. Hesab edirəm ki, bu dəyişiklik onların fəaliyyətinə, yüksək ixtisaslı kadrların işinə mənfi təsir etməməlidir".

view 1041 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news