Elbrus Ərudun yeni kitabı nəşr olundu

Elbrus Ərudun yeni kitabı nəşr olundu
calendar 26 oktyabr 2023
clock 11:00

Əməkdar jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elbrus Ərudun (Seyfullayev) yeni kitabı nəşr olunub.

Kulis.az xəbər verir ki, “Adını Albert qoy!” adlanan kitabda müəllifin eyniadlı essesi ilə birgə əsasən 44 günlük Vətən müharibəsindən sonra qələmə aldığı 14 publisist yazısı yer alıb.

Türkiyədə “Nestor yayınları” mətbəəsində çap edilən kitabın redaktoru Sərdar Amin, art-redaktoru Sevinc Ələkbərovadır. Kitaba ön sözü yazıçı İlham Əziz yazıb.

Qeyd edək ki, “Adını Albert qoy!” Elbrus Ərudun sayca üçüncü kitabıdır.

view 840 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news