Elçin Hüseynbəyli ilə görüş keçirildi

Elçin Hüseynbəyli ilə görüş keçirildi
calendar 30 noyabr 2022
clock 14:30

Noyabrın 29-da Bakı Avrasiya Universitetində, yazıçı-dramaturq, publisist, AYB katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli ilə görüş keçirilib.

Kulis.az xəbər verir ki, əsasən filologiya fakultəsi tələbə və müəllimlərinin iştirak etdiyi tədbiri Universitetin Ümumi Filologiya fakultəsinin baş müəllimi Çiçək Hüseynova açıb və qonaq barədə yığcam məlumat verib. Müəllif-tələbəı dialoqu üzərində qurulan görüşdə Elçin Hüseynbəyli öz həyat-yaradıcılığından, gələcək planlarından danışıb, Azərbaycan ədəbi mühiti, onun dünya ədəbi cameəsində yeri, perspektivləri barədə sualları cavablandırıb.

Görüşdə iştirak edən istedadlı gənc şairə Gülnar Ümid öz şeirlərini səsləndirib. Sonda Universitet adından E.Hüseynbəyliyə təşəkkürnamə təqdim edilib və xatirə şəkli çəkdirilib.

view 1412 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news