Elçin Hüseynbəylidən uşaqlar üçün sürpriz

Elçin Hüseynbəyli, yazıçı

Elçin Hüseynbəyli, yazıçı

calendar 23 dekabr 2021
clock 11:01

Tanınmış yazıçı-dramaturq, publisist, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylinin uşaqlar üçün “Dənizin nağılları (Skazki morya)” kitabı nəşr olunub.

Müəllifin Kulis.az-a verdiyi məlumata görə, on iki nağıl-hekayənin yer aldığı kitab Azərbaycan türkcəsində və rus dilindədir.

120 səfihə, A-4 formatlı şəkilli kitabda hekayələrlə bağlı testlər də yer alıb.

Qələm nəşriyyatının sifarişi olan kitabın redaktoru Dürdanə İbrahimova-Hüseynbəyli, rəssamları Şəlalə Rüstəmova, Səidə Eyvazova, Süleyman Özkonuk, Murad Bingöl, dizayneri Ömər Məmmədovdur.

Yeni nəşri tezliklə şəhərimizin kitab mağazalarından əldə etmək mümkün olacaq.

view 8852 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news