Elçinin romanı Türkiyədə çap olundu

Elçinin romanı Türkiyədə çap olundu
calendar 7 aprel 2022
clock 11:30

Türkiyənin nüfuzlu “İş Bankası Kültür Yayınları” nəşriyyatı Xalq yazıçısı Elçinin “Çingiz xanın daşları” adlı yeni kitabını nəşr edib.

Kulis.az xəbər verir ki, kitaba ədibin son illərdə yazdığı “Ağadadaşın kişi sözü”, “Bu da bir cür həyatdır”, “Lift” (“Çingiz xanın daşları”), “Rəssam Muxtar Manaflının həyatı, sənəti və dünyadan qaçışı”, “Missiya”, “İntihar” və digər hekayələri toplanmışdır. Hekayələri türkcəyə Azad Ağaoğlu çevirmişdir.

Qeyd edək ki, “İş Bankası Kültür Yayınları” bir müddət əvvəl Elçinin “Baş” romanını nəşr etmişdi. Bu, həmin nəşriyyatın Azərbaycan ədəbiyyatına ilk müraciəti olmuşdur.

Cengiz Han'ın Taşları (Elçin) - Fiyat & Satın Al | D&R

view 1685 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news