Ələkbər Yasamallı açıqlama yaydı: "Bu postu paylaşmaqda məqsədim odur ki..."

Ələkbər Yasamallı

Ələkbər Yasamallı

calendar 4 yanvar 2023
clock 10:30

"Azərbaycandayam, heç bir problem yoxdur. Şükürlər olsun, hər şey yaxşıdır. Bu postu paylaşmaqda məqsədim odur ki, doğmalarım, yaxınlarım, məni sevənlər, dəyər verənlər bilsinlər: hər şey yaxşıdır, qaydasındadır. Narahatçılığa səbəb yoxdur".

Kulis.az xəbər verir ki, bu sözləri meyxanaçı Ələkbər Yasamallı sosial şəbəkə hesabında yazıb. Ələkbər Almaniyaya köçmə və səhhətində problem olma məsələsinə aydınlıq gətirib:

"Sadəcə, şayiədir. İnsan gərək addım atanda düşünsün. Yaxınlarım narahat olur, nigaran qalırlar. Reytinqə görə belə şeylər etmək olmaz. Tələb edirəm ki, haqqımda yazılan yanlış informasiyaları silsinlər. Bakıdayam, Allah hər kəsə xoş günlər nəsib etsin".

Qeyd edək ki, meyxanaçı Rəşad Dağlının qətlə yetirdiyi İsgəndər Mehtiyev Ələkbər Yasamallının bibisi oğlu olub. Həmin ərəfədə Ə.Yasamallının anası mediaya açıqlamasında oğlunun Almaniyada xəstəxanada olduğunu deyib.

view 19084 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news