Elnarə Akimova deputatlığa namizəd oldu

Elnarə Akimova deputatlığa namizəd oldu
calendar 17 iyul 2024
clock 18:38

Ədəbiyyatşünas, tənqidçi Elnarə Akimova 1 sentyabr – Növbədənkənar Parlament seçkilərində iştirak edəcək.

Kulis.az xəbər verir ki, Hakim Yeni Azərbaycan Partiyası (YAP) partiyanın İdarə Heyətinin bu gün keçirilmiş iclasında 2024-cü il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə namizədlərini müəyyənləşdirib.

Namizədlərin arasında Elnarə Akimova da var.

Elnarə Akimova ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru (2017), dosent (2014), Nizami adına Ədəbiyyat İnstitutunda "Uşaq ədəbiyyatı" şöbəsinin müdiri (2018), "Ədəbiyyat qəzeti"ndə ədəbiyyatşünaslıq şöbəsinin müdiri (2016) və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

view 1425 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news