Elşad Baratın şəhidlərə yazdığı kitab çap olundu - "Ölümsüzlər"

Elşad Barat,

Elşad Barat,

calendar 26 noyabr 2021
clock 11:40

Şair Elşad Baratın şəhidlərə yazdığı şeirlərdən ibarət "Ölümsüzlər" adlı kitabın ilk cildi işıq üzü görüb.

Müəllifin Kulis.az-a verdiyi məluamta görə, 300 səhifəlik kitabda 100-ə yaxın şəhid haqqında ətraflı məlumat, şeir və şəkillər toplanıb.

Kitaba ön sözü millət vəkili Adil Əliyev, Xalq şairi Sabir Rüstəmxanlı və şair Ağacəfər Həsənli yazıb.

Kitab "Avrora Qrup"un maddi dəstəyi ilə "Qanun Nəşriyyatı"nda çap edilib.

Kitabın redaktoru tanınmış tənqidçi Əsəd Cahangirdir.

Qeyd edək ki, 44 günlük savaşdan sonra Elşad Barat İkinci Qarabağ müharibəsində şəhid olan hər bir qəhrəmana aid şeir həsr edəcəyini açıqlamışdı.

view 1841 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news