Elxan Qasımov dəfn edildi - Yenilənib

Elxan Qasımov dəfn edildi - Yenilənib
calendar 30 may 2023
clock 12:47

Əməkdar artist, aktyor və kinorejissor Elxan Qasımov Xırdalan qəbiristanlığında dəfn olunub.

Kulis.az APA-ya istinadən xəbər verir ki, mərasimdə mərhumun ailəsi ilə yanaşı, sənət dostları, mədəni-ictimai xadimlər iştirak edib.

***

Əməkdar artist, aktyor və kinorejissor Elxan Qasımovla evində və "Azərbaycanfilm" kinostudiyasının həyətində vida mərasimi keçirilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, vida mərasimində mərhumun sənət dostları, mədəni-ictimai xadimlər, media mənsubları iştirak edib.

Vida mərasiminin ardından Elxan Qasımovun cənazəsi Xırdalan qəbiristanlığına aparılıb. O, oğlu Samir Qasımovun yanında dəfn olunacaq.

Xatırladaq ki, bir müddətdir, reanimasiyada olan Elxan Qasımov mayın 9-da əməliyyat olunub. Ona aorta anevrizmasının partlaması diaqnozu qoyulub. Əməkdar artistin müalicəsi vəfat edənə qədər reanimasiyada davam etdirilib.

view 3507 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news