Elza Seyidcahan: "O şeiri yazanı məhkəməyə verəcəm"

Elza Seyidcahan:  "O şeiri yazanı məhkəməyə verəcəm"
calendar 21 iyul 2023
clock 13:08

Ötən gün sosial şəbəkələrdə vulqar ifadələrlə zəngin olan şeir paylaşılıb. Paylaşım edənlər şeirin müəllifi kimi bu günlərdə Azərbaycan Yazıçılar Birliyinə üzv olan bəstəkar-müğənni Elza Seyidcahanı təqdim edib.

Kulis.az xəbər verir ki, lakin müğənni bu iddianı təkzib edib.

"Elza heç bir vaxt belə şeir yaza bilməz. Onu yazanı məhkəməyə verəcəm. Qoy həmin adam gəlib məhkəmədə, qanun qarşısında cavab versin. Bütün jurnalistlərə səslənirəm, adımdan bu şeiri yazan adamın tapılmasına kömək olun".

Qeyd edək ki, Elza Seyidcahanın adıçəkilən şeiri Dövlət Gömrük Komitəsinə həsr etdiyi iddia olunub.

qaynarinfo

view 4319 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news