Elza Seyidcahan səhnədə yıxıldı: qabırğası qırılıb

Elza Seyidcahan səhnədə yıxıldı:  qabırğası qırılıb
calendar 26 sentyabr 2024
clock 15:15

Əməkdar artist Elza Seyidcahan səhnədə yıxılıb.

Kulis.az xəbər verir ki, o, Space telekanalında konsert çəkilişində olarkən səhnədə ayağı libasının ətəyinə ilişdiyinə görə yıxılıb:

“O konsertdə yarım saat oxudum. Növbəti dəfə libasımı dəyişib səhnəyə çıxdım. Fikirli idim. Libasımın ətəyi ayaqqabımın dabanına ilişdi, yerə çırpıldım. İsti-isti ağrını hiss etməmişəm. Mahnımı yenə oxudum. Həkimə getməyi təklif etsələr də, getmədim. "Müsəlman ölümcül olmayana qədər həkimə getmir" deyirlər axı, mən də elə. Gəldim evə. Sinəm möhkəm ağrıyırdı. 3 gün o halda evdə gəzmişəm, nəvəmi qucağıma almışam, namaz qılmışam. Axır dözmədim ağrılara getdim həkimə, heç demə, döş qəfəsimdə sınıq var imiş, çat da var. İndi sarınıb gəzirəm. O qədər insanlar sənətimlə bağlı hücumlar edirlər, xoş olmayan sözlər deyirlər, bəd sözlərin enerjisi, bədxahlıq yıxdı məni. Şükür ki, başım, ayaqlarım zədələnmədi”. Lent.az

view 782 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news