Əməkdar artist: “O məndən qabaq dünyasını dəyişdi”

Əməkdar artist:  “O məndən qabaq dünyasını dəyişdi”
calendar 21 sentyabr 2023
clock 18:00

Əməkdar artist Rəhman Rəhmanov 2004-cü ildə 27 yaşında faciəvi şəkildə vəfat edən oğlundan danışıb.

Kulis.az xəbər verir ki, aktyor “O üz” verilişində oğlundan yadigar qalan əşyalardan söz açıb:

“Oğlum dünyasını dəyişəndən sonra həyat yoldaşı mənə ondan yadigar qalan iki əşya verdi. Dedi ki, ata, bunları yadigar saxla. Biri onun ən çox sevdiyi kəməri, digəri isə kağız parçası idi. Açıb oxudum. Vaxtilə bu kağıza vəsiyyətimi yazıb, ona vermişdim. Taleyin işinə bax, o məndən qabaq dünyasını dəyişdi”.

Qeyd edək ki, Əməkdar artistin ikinci oğlu Emil Rəhmanov sentyabrın 20-də dünyasını dəyişib.

Yenicag.az

view 906 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news