Emin Əfəndiyev: "Günəşdə də ləkələr var"

Emin Əfəndiyev: "Günəşdə də ləkələr var"
calendar 6 mart 2024
clock 17:30

Rejissor Emin Əfəndiyev yeni filmin çəkilişinə hazırlaşır.

Kulis.az xəbər verir ki, 2023-cü ildə Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) həyata keçirdiyi müsabiqədə qalib olan 11 film layihəsindən biri də “Günəşdə də ləkələr var” filmidir. Dram janrında olan tammetrajlı bədii filmin xronometrajı 90 dəqiqədir.

Film həyatının çətin mərhələsində əlil arabasına məhkum Eminlə tanış olan, içkiyə qurşanmış cazmen Qabilin əhvalatından bəhs edir. Onların tanışlığı dostluğa çevrilir və bu dostluq əlil arabasına məhkum olan Emini də, “diz üstə çökmüş” olan Qabili də ayağa qaldırır.

Filmin ssenarisi Elza Ağayevaya məxsusdur. Filmin prodüseri və layihə rəhbəri Kamran Qasımovdur.

“Günəşdə də ləkələr var” filminin 2024-cü ildə AzərNyuMedia tərəfindən istehsal olunması planlaşdırılır.

view 908 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news