Eminemdən prezidentliyə namizədə xəbərdarlıq

Eminemdən prezidentliyə namizədə xəbərdarlıq
calendar 29 avqust 2023
clock 16:07

Məşhur reper Eminem Respublikaçılar Partiyasının prezidentliyə namizədi, milyonçu Vivek Ramasvamidən seçki kampaniyasında "Lose Yourself" mahnısından istifadə etməməyi tələb edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, İfaçıların Hüquqlarının Müdafiəsi Agentliyi (BMI) bildirib ki, Ramasvaminin artıq sözügedən mahnıdan istifadə etməsinə icazə verilməyəcək.

Qeyd edək ki, "Lose Yourself" reperin baş rolu canlandırdığı "8 mil" filminin saundtrekidir.

view 1209 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news