Emir Kusturitsa Moskino kinoparkında film çəkəcək

Emir Kusturitsa Moskino kinoparkında film çəkəcək
calendar 4 aprel 2024
clock 13:30

Serb rejissor Emir Kusturitsa Moskvanın Moskino kinoparkında film çəkəcək.

Kulis.az xəbər verir ki, bu barədə şəhər mədəniyyət idarəsinin teleqram kanalında məlumat verilib.

Kusturitsa Moskino kinopark kompleksinə baxış zamanı burada çəkiliş aparacağına söz verib.

Parkın nümayəndələri Kusturitsanın hava limanının və dəmiryol vağzalının mənzərəsini xüsusilə bəyəndiyini qeyd ediblər.

2023-cü ildə kinoparkda 13 film və teleserial çəkilib.

view 727 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news