Ən çox bu qış sevdim səni - Ramiz Rövşən

Ən çox bu qış sevdim səni - Ramiz Rövşən
calendar 9 yanvar 2024
clock 14:30

Kulis.az Ramiz Rövşənin "Yavaş-yavaş sevdim səni" şeirini təqdim edir.

Yavaş-yavaş sevdim səni,
Hər gün bir az da sevdim.
Ən çox bu qış sevdim səni,
Qarda, ayazda sevdim.

Gör bir nə tez isinişdik
Havalar soyuyanda.
Adamlar qalın geyinib,
Ağaclar soyunanda.

Qar altından baş qaldıran
Çiçək tək sevdim səni.
İstisinə qızındığım
Ocaq tək sevdim səni.

Hələ bu cür sevməmişdim
Ömrüm boyu heç kimi.
Səni sevdim qar üstündə
Yem axtaran quş kimi.

view 2859 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news