Ənvər Həsənovun vəziyyəti ağırlaşıb

Ənvər Həsənovun vəziyyəti ağırlaşıb
calendar 18 aprel 2023
clock 14:30

“Atamın səhhətində dəyişiklik yoxdur, olduğu kimi qalır”.

Kulis.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Xalq artisti Ənvər Həsənovun qızı Aytən Həsənova deyib.

Onun sözlərinə görə, Xalq artistinin qidalanmasında da problem yaranıb.

“Yemək çox az yeyir, gecələri də yata bilmir, yuxusuzdur. Bu da əsəblərinə təsir edir, bütün günü əsəbi olur”, – o, əlavə edib.

Xatırladaq ki, Xalq artisti Ənvər Həsənov ötən il səhhətində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilmiş, daha sonra öz istəyi ilə evə buraxılmışdı. Bu yaxınlarda isə, Mədəniyyət Nazirliyi APA-ya aktyorun səhhəti ilə bağlı problemi nəzarətə götürdüyü barədə məlumat vermişdi.

view 3270 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news