Erkin Korayın qızı atasının məzar daşını paylaşdı

Erkin Korayın qızı atasının məzar daşını paylaşdı
calendar 8 dekabr 2023
clock 12:35

Anadolu rok musiqisinin əfsanəsi Erkin Korayın qızı Damla Koray sənətçinin məzarını ziyarət edib.

Kulis.az xəbər verir ki, D.Koray sosial şəbəkədə atasının Kanadanın Toronto şəhərindəki "Vestminster" qəbiristanlığında yerləşən məzar daşının fotosunu paylaşıb.

O, paylaşımında bunları yazıb: “Bugünkü səfərimiz zamanı çox gözəl bir sürprizlə qarşılaşdıq...Sadə, qəşəng bir məzar gördüm. Məncə, bu məzar atama çox yaraşır. Həm yer, həm də mənzərə məni çox təsirləndirdi...Atamın bizdən ayrıldığına hələ də inana bilmirəm. Sanki o, hələ də hardasa yanımdadır. Qəribədir".

Erkin Korayın qızı Kanadada atasının məzar daşını paylaşıb - 1

Qeyd edək ki, Erkin Koray avqustun 7-də Toronto şəhərində aparıldığı xəstəxanada 82 yaşında dünyasını dəyişib.

view 804 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news