“Evdə tək”in aktyoru ilə bağlı qərar verildi

“Evdə tək”in  aktyoru ilə bağlı qərar verildi
calendar 23 fevral 2024
clock 12:30

Məşhur “Evdə tək” filmində Bazz Makkalister obrazını canlandıran aktyor Devin Retrey özünü məişət zorakılığında təqsirli bilib.

Kulis.az xəbər verir ki, aktyor şərti cəza müqabilində iki zorakılıq epizodunu etiraf edib.

O, növbəti üç il sınaq müddətində olacaq.

Bu müddət ərzində ondan təcavüzkarların islah proqramında iştirak etməsi tələb olunacaq. Aktyorun narkotik və alkoqol testindən keçməsi də tapşırılıb.

Bundan əlavə, Ratreyə zərərçəkmiş tərəfidən məhkəmə xərclərini ödəmək tapşırılıb.

view 754 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news