Əfsanəvi caz ifaçısı Vaqif Mustafazadənin qızı, Xalq artisti Əzizə Mustafazadə ailəsinin arxiv fotosunu yayımlayıb.
Kulis.az xəbər verir ki, caz ifaçısı fotoya "Çox gözəl şəkil: Ana, ata və nənə" başlığını yazıb.
- Madonnanın qardaşı vəfat etdi
- Karantindən filmlər çəkiləcək
- Niyə AYB üzvü olmayanlar təqaüdlər almır? - MÜZAKİRƏ
Qeyd edək ki, Əzizə Mustafazadə anası Eliza Mustafazadə ilə birlikdə Almaniyada yaşayır.
O, 2022-ci ilin oktyabrında 14 ildən sonra ilk dəfə Bakıda çıxış edib. Konsert Bakı Konqress-Mərkəzində keçirilib.