Fazil Mustafa: "Meyxanaçıların yaratdığı qruplar nəzarətə götürülməlidir"

Fazil Mustafa:  "Meyxanaçıların yaratdığı qruplar nəzarətə götürülməlidir"
calendar 1 fevral 2023
clock 13:30

"Meyxanaçılar arasında, yas yerlərində yaradılmış xüsusi qruplar var, bunlar da nəzarətə götürülməlidir”.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk iclasında deputat Fazil Mustafa deyib.

Deputat qeyd edib ki, dini ziyarətlər tam dövlətin nəzarətində olmalı, müəyyən yerlərə ziyarət edənlər də riskli qrup kimi nəzərə alınmalıdır: "Azərbaycanda milyonlarla manat vəsait xüms adı ilə yığılaraq İrana göndərilir. Bu, terrorizmin maliyyələşdirilməsidir. Dini ziyarətlər tam dövlətin nəzarətində olmalı, müəyyən yerlərə ziyarət edənlər də riskli qrup kimi nəzərə alınmalıdır. Digər tərəfdən, meyxanaçılar arasında, yas yerlərində yaradılmış xüsusi qruplar var, bunlar da nəzarətə götürülməlidir”.

view 2007 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news