Fərhad Mehdinin kitabı işıq üzü gördü

Fərhad Mehdinin kitabı işıq üzü gördü
calendar 4 iyun 2023
clock 21:39

Bu gün İçərişəhərdə keçirilən V Milli Kitab Sərgisində yazıçı Fərhad Mehdinin "Doğan günəşin doqquz pəncərəsi " kitabının təqdimatı keçirilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, təqdimatda yazıçılar, ictimaiyyət nümayəndələri və kitabsevərlər iştirak ediblər.

Mistik tarixi-macəra janrında yazılan kitab rusca nəşr olunub.


Fərhad Mehdinin kitabının asanlıqla başa gəlmədiyi bildirib, bunda rolu olan hər kəsə kəsə təşəkkürünü bildirib. Onun sözlərinə görə, kitabın ərsəyə gəlməsinə bir ildən çox vaxt gedib və çəkilən əziyyətlərə dəyib.



Təqdimatda iştirak edən, rejissor Namiq Ağayev kitab haqqında təəssüratlarını bölüşüb: "Tarixi əsər olmaqla yanaşı insanın şəxsi həyatına da gözəl təsir bağlayır. Sevinirəm ki, eramızdan öncəki Bakının bütün halı kitabda təsvir olunub".

Qeyd edək ki, kitab geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanıb.

view 1086 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news