Fərid Hüseyn Beynəlxalq festivalda iştirak edəcək

Fərid Hüseyn, şair

Fərid Hüseyn, şair

calendar 19 mart 2022
clock 14:00

Tanınmış şair Fərid Hüseyn IX Beynəlxalq Babil Mədəniyyət və İnsəsənət Festivalında iştirak edəcək.

Müəllifin Kulis.az-a verdiyi açıqlamaya görə, martın 20-si başyan festivalda dünyanın bir çox ölkələrindən şairlər, yazıçılar, rəssamlar, kinoşünaslar, aktyorlar, teatrşünaslar, heykəltəraşlar, sənət tənqidçiləri, müğənnilər iştirak edəcəklər.

“Bəşər mədəniyyətinin beşiyi olan Babildə mən də şeirlərimi oxuyacam, eyni zamanda "Min bir gecə" nağıllarındakı poetik nümunələrin xüsusiyyətləri" adlı müzakirə panelində iştirak edəcəm”. – deyə Fərid Hüseyn qeyd edib.

view 1595 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news