Finlandiyada Azərbaycan günləri keçirildi

Finlandiyada Azərbaycan günləri keçirildi
calendar 26 aprel 2022
clock 10:30

Finlandiyanın Espoo şəhərindəki Etelä-Tapiola liseyində müxtəlif ölkələrin mədəniyyət günü keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, liseyin 17 yaşlı tələbəsi Mona Savojifarın təşkilatçılığı ilə yaradılan Azərbaycan guşəsində ölkəmizin qədim tarixini və zəngin mədəniyyətini əks etdirən kitablar, rəsm əsərləri, xalçalar, geyimlər və suvenirlər nümayiş etdirilib.

Milli geyimli soydaşımız tədbir iştirakçılarına ölkəmizin tarixi barədə ətraflı məlumat verib, milli rəqs ifa edib, milli mətbəx nümunələrimizin hazırlanması qaydalarını göstərib.

Qeyd edək ki, Mona Savojifar Finlandiyada fəaliyyət göstərən Azər-Türk Gənclər Təşkilatının üzvüdür.

view 1294 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news