Firdovsi Atakişiyev yenidən aparıcılıq edəcək

Firdovsi Atakişiyev yenidən aparıcılıq edəcək
calendar 31 oktyabr 2024
clock 13:00

Əməkdar artist Firdovsi Atakişiyev uzun fasilədən sonra yenidən aparıcılıq edəcək.

Kulis.az xəbər verir ki, bu haqda aktyor özü məlumat yayıb.

O, ATV kanalı ilə işbirliyinə başladığını deyib:

"Çoxdan gözlənilən televiziyaya qayıdış. Yəqin ki, çox xoşbəxt bir insanam, tez-tez küçədə, bəzi tədbirlərdə, işdə nə vaxt televiziyaya qayıdacağımı soruşurdular. Proqram "Birinci ikincilər" adlanır. Həyatını sənətə həsr etmiş insanlar haqqında, həyatda "ikinci" olmalarına baxmayaraq, onlarsız mümkün deyil. Maraqlı olacaq".

F.Atakişiyev əlavə edib ki, verilişin ilk bölümü noyabrın 2-də efirə gedəcək.

Qeyd edək ki, F.Atakişiyev Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorudur. O, fəaliyyəti dayandırılmış "Lider TV"də aparıcılıq edib.

view 474 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news