Flora Kərimova Afət Fərmanqızını buna görə məhkəməyə verdi - Səbəb

Flora Kərimova Afət Fərmanqızını buna görə məhkəməyə verdi - Səbəb
calendar 10 mart 2022
clock 12:28

Müğənni Afət Fərmanqızının kimin tərəfindən məhkəməyə verildiyi məlum olub.

Kulis.az xəbər verir ki, A. Fərmanqızını Xalq artisti Flora Kərimova məhkəməyə verib.

F.Kərimova bu faktı açıqlamasında təsdiqləyib. Xalq artisti bildirib ki, Afət Fərmanqızı onun müalicəsi barədə qeyri-etik ifadələr işlədib:

"Mən xalq artistiyəm, sənətkaram. Afət Fərmanqızı mənim şərəf və ləyaqətimi təhqir edib. Həmçinin, ailə üzvlərim barəsində etik olmayan ifadələr işlədib. Ümid edirəm ki, məhkəmə mənim nüfuzumu və təhqir olunmağımı əsaslı hesab edəcək, ədalətli qərar verəcək".

Xatırladaq ki, Flora Kərimova Afət Fərmanqızı barəsində Binəqədi rayon Məhkəməsinə Cinayət Məcəlləsinin 147-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında şikayət edib.

view 5377 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news