Frankofoniya festivalında film nümayişləri təxirə salındı

Frankofoniya festivalında film nümayişləri təxirə salındı
calendar 27 mart 2024
clock 09:27

Moskvada Frankofoniya festivalında film nümayişləri təxirə salınıb.

Kulis.az xəbər verir ki, martın 23 və 24-nə təyin olunan film nümayişləri bu ayın 30 və 31-nə dəyişdirilib.

Martın 30-da saat 17:00-da kinoteatrda rus inqilabçısı Pyotr Kropotkin haqqında “Yırğalanmalar” filmi, 30 mart saat 19:00-da “Məni burax!” romantik dramı, 31 mart saat 17:00-da – cizgi filmi “Dünya və Hələb şahzadəsi”, 31 mart 19:00 irqçilikdən bəhs edən “Nəfəs al” dramı nümayiş olunacaq.

Qeyd edək ki, Moskvada baş vermiş teraktla bağlı mədəni tədbirlər təxirə salınıb.

view 738 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news