Freddi Merkurinin pianosu 2 milyon dollara satıldı

Freddi Merkurinin pianosu 2 milyon dollara satıldı
calendar 7 sentyabr 2023
clock 15:52

Məşhur “Queen” rok qrupunun solisti Freddi Merkurinin köhnə dostu və varisi Meri Ostin Londonda onun 1500-ə yaxın qiymətli əşyadan ibarət şəxsi kolleksiyasını hərraca çıxarıb.

Kulis.az xəbər verir ki, Sotheby's Hərrac Evinin saytında verilən məlumata görə, Merkurinin “Bohemian Rhapsody” mahnısını bəstələdiyi Yamaha G2 model piano hərracda 2,2 milyon dollara satılıb.

Merkuri sözügedən pianonu 1975-ci ildə alıb.

Hərraca daxil edilən “Bohemian Rhapsody” əsərinin əlyazması da təxminən 1,7 milyon dollara satılıb.

view 697 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news