Əfsanəvi caz pianoçusu vəfat etdi

Əfsanəvi caz pianoçusu vəfat etdi
calendar 12 fevral 2021
clock 10:00

Əfsanəvi caz pianoçusu və bəstəkar Çik Koria vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki. 79 yaşlı pianoçunun vəfatı haqqında məlumat sənətçinin Feysbuk səhifəsində paylaşılıb. Musiqiçinin xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilib.

Çik Koria professional karyerasına 1962-1963-cü illərdə Latın Amerikası pop musiqisini ifa edən qruplarda fortepianoda çalmaqla başlayıb. O, 1970-ci illərin ortalarında, əsasən, müxtəlif illərdə məşhur qruplarda ifa edərək şöhrət qazanıb. Musiqiçi 22 Qremmi mükafatına və 2 Latin Qremmi mükafatına layiq görülüb.

view 1767 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news