Füzulidə arabası ilə birlikdə basdırılmış hökmdarın məzarı tapıldı

Füzulidə arabası ilə birlikdə basdırılmış hökmdarın məzarı tapıldı
calendar 23 may 2023
clock 16:00

"Füzulidə 3 kurqanda qazıntı işləri aparılıb".

Kulis.az xəbər verir ki, bunu APA-ya açıqlamasında AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov deyib.

O bildirib ki, sözügedən kurqanlar Əhmədbəyli-Füzuli-Şuşa yolunun təxminən 700-800 metr yaxınlığında yerləşir.

"Bura böyük kurqan çölüdür və 3 min yaşı olan hökmdar kurqanları var. Eramızdan əvvəl l minilliyin VIII-VII əsrlərinə aiddir. Araşdırmalarımız zamanı məlum olub ki, burada hökmdarı arabası ilə birlikdə dəfn ediblər. Araba təkərlərinin, atlarının, silah-sursatının qalıqları aşkarlanıb. Burada tapılan materialların böyük hissəsi bizim fondda saxlanılır, bir hissəsi isə hələlik Tarix Muzeyinə təhvil verilib".

view 1106 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news