"Taxt oyunları"nda Ten Varq obrazını canlandıran aktyor Cozef Qatt həbs edilib.
Kulis.az "Deadline"a istinadən xəbər verir ki, Los-Anceles polisinin yetkinlik yaşına çatmayanlarla iş üzrə departamenti 47 yaşlı aktyoru pedofiliyada - azyaşlılarla onlayn cinsi istismarda şübhəli bilir. Hazırda polis məsələ ilə bağlı araşdırmalarını davam etdirir.
Cozef özü isə bütün ittihamları rədd edib.
- Salam Sarvan şeirlərini oxuyur - VİDEO
- Nazim Hikmətin 125 illik yubileyi keçirildi
- "Təəssüf ki, kino mərkəzi fəaliyyətini dayandırdı..." - Açıqlama
Məlumata görə, aktyor həbs olunduqdan bir neçə saat sonra 5 min dollar girov müqabilində sərbəst buraxılıb.