Gəncə Dövlət Flarmoniyası yeni layihəyə başladı

Gəncə Dövlət Flarmoniyası yeni layihəyə başladı
calendar 2 dekabr 2023
clock 13:00

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası "Gəncə gəncəlilər" adlı layihəyə start verir.

Kulis.az xəbər verir ki, layihənin məqsədi Gəncənin tarixini və burada yaşamış dahi insanların həyatını təbliğ etməkdir.

Layihədə Gəncənin tarixini və burada yaşamış dahilərin həyatını əks etdirən bədii və musiqili kompozisiyaların, dəyirmi masaların, konfransların təşkili nəzərdə tutulur.

İlk dəfə təqdim olunacaq layihə ədəbi-bədii xoreoqrafik musiqili gecə dahi Nizami Gəncəvinin əziz xatirəsinə həsr edilir.

Layihə çərçivəsində qeyd edilən mövzularla bağlı silsilə tədbirlər keçiriləcək.

view 1214 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news