Gəncə Filarmoniyasında “Xalqın mədəni sərvəti” adlı layihə təqdim olunacaq

Gəncə Filarmoniyasında “Xalqın mədəni sərvəti” adlı layihə təqdim olunacaq
calendar 13 aprel 2024
clock 13:00

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Milli Konservatoriyası, Gəncə-Daşkəsən, Mərkəzi Aran, Şəki-Zaqatala, Şirvan-Salyan, Qazax-Tovuz Regional Mədəniyyət İdarələrinin təşkilatçılığı ilə növbəti dəfə "Xalqın mədəni sərvəti" layihəsini təqdim edəcək.

Kulis.az xəbər verir ki, layihə görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatlı, "Şərəf nişanı" ordenli, "Şöhrət" ordenli Süleyman Ələsgərovun 100 illiyinə həsr olunacaq.

Qeyd edək ki, layihə 15-20 aprel tarixlərində həyata keçiriləcək.

view 728 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news