“Gilavar Foto Klubu” beynəlxalq mükafatlara layiq görülüb

“Gilavar Foto Klubu”  beynəlxalq mükafatlara layiq görülüb
calendar 16 aprel 2024
clock 14:00

“Gilavar Foto Klubu” İctimai Birliyi beynəlxalq mükafatlarla təltif olunub.

Kulis.az xəbər verir ki, klub “Azerbaijan Photo Salon” və “Baku” adlı beynəlxalq fotomüsabiqələrin beş il müddətində ardıcıl təşkilinə görə Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) təsis etdiyi “Bürünc plaket”lərə layiq görülüb.

“Gilavar Foto Klubu” artıq 7-ci dəfədir ki, “Azerbaijan Photo Salon” adlı fotomüsabiqə keçirir. Cari ilin ikinci yarısında isə “Baku” adlı fotomüsabiqənin növbəti dəfə keçirilməsi nəzərdə tutulub.

FIAP dünyada UNESCO-nun tanıdığı yeganə foto təşkilatdır. Azərbaycan Fotoqrafiya Federasiyası həmin təşkilatın üzvü, “Gilavar Foto Klubu” isə Azərbaycan üzrə təmsilçisidir.

view 561 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news