"GTA" və "Counter strike" bu ölkədə qadağan edildi

"GTA" və "Counter strike"  bu ölkədə qadağan edildi
calendar 1 noyabr 2024
clock 10:15

Tacikistanda "GTA" və "Counter Strike" oynamaq qadağan edilib.

Kulis.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Düşənbə şəhəri üzrə İdarəsi öz teleqram kanalında məlumat yayıb.

Mədəniyyət Nazirliyinin ekspertizasına görə, bu oyunlarda zorakılıq, qəddarlıq, qətl və quldurluq elementləri var.

Qeyd edək ki, 2017-ci ildə Düşənbə meri azyaşlıların gecə vaxtı əyləncə mərkəzlərinə və kompüter klublarına getməsini qadağan edib.

view 211 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news