"Hasar" filmi nümayiş olunacaq

"Hasar" filmi nümayiş olunacaq
calendar 17 fevral 2023
clock 17:30

Fevralın 21-i saat 19:00-da, "Azərbaycan" Cinema-da "Hasar" filminin təqdimatı baş tutacaq.

Kulis.az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat verib.

Filmin rejissoru Qulu Əsgərov, ssenari müəllifi Nicat Dadaşov, operator Vasif Vəlizadədir.

Filmdə Birinci Qarabağ müharibəsində oğlunu itirən Elçin, qələbədən sonra doğma yurduna qayıdır və erməni qonşusunu görməmək üçün evin hasarını bərpa etməyə başlayır, lakin düşmənin kor oğlunun itməsi onun işlərinə mane olur.

Qeyd edək ki, təqdimata giriş sərbəstdir.

view 1102 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news