Həmyerlimiz Özbəkistanda ikinci yeri tutdu

Həmyerlimiz Özbəkistanda ikinci yeri tutdu
calendar 22 oktyabr 2024
clock 10:01

14-18 oktyabr 2024-cü il tarixlərində Özbəkistanın Daşkənd şəhərində keçirilən X Beynəlxalq Müasir İncəsənət Biennalesində Azərbaycanlı iştirakçı Məhbarə Abbasovanın "Görünməyən aləmlər" kurator layihəsi ikinci yerə layiq görülüb.

Kulis.az xəbər verir ki, ekspozisiyada nümayiş edilən video-art nümunələri aşağıdakılar idi: 1) "Görünməz/görünən dünya" - Nərgiz Əsgərova, Emin Mathers və Şəlalə Salamzadənin rəqəmsal işlərindən ibarət 2:33 dəqiqəlik ümumi video; 2) Nərgiz Əsgərovanın "Uyuyan Əjdaha" seriyasından nanoart, 00:05 dəqiqəlik hərəkətdə rəsmi; 3) Emin Mathersin "A2-2 ekzoplanetinə ekspedisiya" səsli video incəsənət nümunəsi və 4) Şəlalə Salamzadənin 02:21 dəqiqəlik "Naməlum ərazi" video və qlitç-art işi nümayiş edilirdi.

Özbəkistan Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə keçirilən Biennaledə ümumilikdə 42 ölkədən 60-dan çox rəssam və kurator iştirak edirdi. Biennale çərçivəsində münsiflər heyəti beş fərqli ölkədən dəvət edilmişdi. Biennalenin kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Suxrob Kurbanov idi.

Biennalenin təntənəli bağlanış mərasimində qran-pri mükafatına fotoqraf Vladimir Qonçarenko (Özbəkistan), 1-ci yerin qalibi yaradıcı duet olan Mirvohid Mirsayidov və Ruşanə Alimova (Özbəkistan), 2-ci yerə Məhbarə Abbasovanın kurator layihəsi (Azərbaycan) və 3-cü yerə Ketrin Sara Yanqın video-art və instalyasiyası (Avstraliya) layiq görülüb, 10 nəfər iştirakçı isə həvəsləndirici diplomla təltif edilib. Qeyd edək ki, bütün iştirakçılara həmçinin sertifikatlar təqdim edilib.

view 434 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news