Heydər Əliyev Mərkəzində braziliyalı musiqiçinin konserti olacaq

Heydər Əliyev Mərkəzində braziliyalı musiqiçinin konserti olacaq
calendar 27 iyul 2023
clock 13:05

Oktyabrın 15-də Bakı Caz Festivalı çərçivəsində Heydər Əliyev Mərkəzində braziliyalı musiqiçi Mario Bakunanın konserti olacaq.

Kulis.az xəbər verir ki, Auditorium zalında keçiriləcək konsert “Braziliya mənzərələri” adlanır.

Qeyd edək ki, tanınmış caz ifaçısı eyniadlı albomu ilə artıq Avropanın 16 ölkəsində qastrolda olub.

“Braziliya mənzərələri” albomu digərlərindən məşhur braziliyalı bəstəkarların əsərlərinin yeni aranjimanının təqdimatı ilə fərqlənir.

view 978 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news