Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbir keçiriləcək

Heydər Əliyevin 100 illiyinə  həsr olunan tədbir keçiriləcək
calendar 25 oktyabr 2023
clock 12:01

Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir keçiriləcək.

Kulis.az xəbər verir ki, 27 oktyabr saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında teatrın və Bakı Xoroeqrafiya Akademiyasının birgə layihəsi olan "El bilir ki, sən mənimsən" adlı tədbir keçiriləcək.

Tədbirin rejissoru Əməkdar artist Nicat Kazımovdur. Gecədə teatrın aktyorları Xalq şairi Səməd Vurğunun "Azərbaycan" poemasından, eləcə də Heydər Əliyevə həsr olunmuş şeirlərdən səsləndirəcəklər. Bundan əlavə Bakı Xoroeqrafiya Akademiyasının tələbələri müxtəlif səpkili rəqslər təqdim edəcəklər.

Qeyd edək ki, musiqili kompozisiyada teatrın 55 aktyoru, Bakı Xoreqrafiya məktəbinin isə 80-ə yaxın tələbəsi iştirak edəcək.

view 951 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news