Hikmət Rəhimov: "Ulucayın yazısını irad kimi qəbul etmirəm" - Açıqlama

Hikmət Rəhimov:  "Ulucayın yazısını irad kimi qəbul etmirəm" - Açıqlama
calendar 12 fevral 2024
clock 15:26

"Kasıblıq və maddi problemlər mütləq ekran əsərinə çevrilməli, təqdim olunmalıdır".

Bu sözləri aktyor, rejissor Hikmət Rəhimov Kulis.az-a açıqlamasında deyib.

Kasıblığın hər zaman aktual mövzu olduğunu vurğulayan rejissor bu barədə filmlərin çəkilməsinin təbii olduğunu deyib:

"Ulucayın yazısını oxudum. Kasıblığın çeynənmiş mövzu olduğunu, öz aktuallığını itirdiyini qeyd edib. Əksinə, mənim fikrimcə, kasıblıq və maddi problemlər mütləq ekran əsərinə çevrilib təqdim olunmalıdır. Çünki bu məsələ istənilən dövrdə aktualdır. Ulucayın yazısını irad kimi qəbul etmirəm. İzləyici fikridir. Yeni layihələrdə mənfi-müsbət fikirlərin olmağı anlaşılandır".

view 958 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news