Hindistanda dini filmlərə senzura şurası yaradıldı

Hindistanda dini filmlərə senzura şurası yaradıldı
calendar 23 yanvar 2023
clock 11:20

Hindistanın şimalında, ən çox əhalisi olan Uttar Pradeş ştatında filmlərdə hinduizm və hindu müqəddəslərinə qarşı təhqirləri üzə çıxarmaq üçün Şura yaradılıb.

Kulis.az xəbər verir ki, on tanınmış din və mədəniyyət xadiminin daxil olduğu şura bədii və sənədli filmlərdə, seriallarda və digər əyləncəli məzmunlarda hinduizm və hindu müqəddəslərinə qarşı təhqirləri aşkar edərək onların Hindistanda yayımlanmasının qarşısını alacaq.

Şankaraçarya Dini İctimai Şurasının rəhbəri Avimuktesvaranand Sarasvatinin sözlərinə görə, bu qurum rəyi hind tanrıları və ilahələrini təhqir edən və ya Hindistanın mədəni ənənələrinə zidd olan hər hansı bir şəkil, video yayım və ya audio materialların yayımının dayandırılmasına xidmət edəcək: "Filmlərin tamaşaçı qazanmaq naminə din və hind mədəniyyətini təhqir etməsi yolverilməzdir. Əgər kassa hinduizm üçün təhqiramiz hesab edilən filmləri nümayiş etdirərsə, şura media vasitəsilə hinduları onları görməkdən imtina etməyə çağıracaq”.

view 1132 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news